Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evlərdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarına verilən məlumata görə, naməlum şəxs kilidi sındıraraq mənzilə daxil olub və oradan 41.000 ABŞ dolları, 23.000 manat, eləcə də 50.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
DİN-in əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Ülvi Hacıyev saxlanılıb.
Araşdırma aparılan zaman Hacıyevin Lökbatan qəsəbəsində yerləşən daha bir evdən oğurluq etdiyi məlum olub.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.