Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bina çökmə təhlükəsi altındadır. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Qəsəbənin Hafiz Quliyev küçəsi, 24 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının beton dayaqları dağıdılıb.

Sakinlərin sözlərinə görə, binanın zirzəmisi satılıb və iddia olunur ki, orada obyekt tikiləcək və buna görə inşaat işləri başlanıb. Aparılan işlər zamanı binanın beton dayaqlarının sökülməsinə görə bina çökə bilər.

Əldə edilən məlumata əsasən, aidiyyəti qurumlar yaranmış vəziyyətdən məlumatlı olsalar da, məsələ öz həllini tapmayıb.