Bakının Xətai rayonunun Neapol küçəsində yerləşən “Ukrayna dairəsi”ndə avtobus zolağına zibil qutuları qoyulub. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Avtobus dayanacağında altı zibil qabı quraşdırılıb. Zibil qutularından birinin qapağının sınması iyin bütün əraziyə yayılmasına səbəb olub. Buna görə də sərnişinlər zibil qutularının yerini dəyişdirməyi xahiş ediblər.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən zibil qutularının yerinin dəyişdiriləcəyi barədə məlumat verilib. Həmçinin qeyd olunub ki, zibillərin vaxtında daşınması üçün aidiyyəti qurumlara tapşırıqlar veriləcək.
Bir müddət sonra konteynerlər dayanacaqdan mümkün qədər uzağa aparılıb.