Xətai rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Sabit Orucov küçəsində baş verib. Yolda hərəkətdə olan 2 minik avtomobili toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb. Ona Təcili Tibbi Yardım avtomobilində yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.