Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün sentyabrın 8-də brifinq keçirilib. Bu haqda bün, 9 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Brifinqdə bölgədə yarnmış vəziyyət müzakirə olunub. Brifinqin tam press-relizini burada tapmaq mümkündür.

Digər məsələlərlə yanaşı, Ermənistan tərəfinin müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarlanması qeyd olunub.

Bildirilir ki, son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də Qarabağ bölgəsində hərbi quruculuq işlərinin artması ilə müşayiət olunan hərbi təxribatların daha da intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın separatçı Qarabağ anklavında qarşıdan gələn “prezident seçkiləri”ni “son dərəcə təxribat xarakterli addım” adlandırıb: “Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil”.