Yasamal rayonunda daşan kanalizasiya günlərdir sakinləri narahat edir. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Məhəmməd Naxçıvani, 211 ünvanında kanalizasiya suyu daşaraq küçələrə axır. Sakinlərin sözlərində görə, 2 gündür vəziyyət belədir. Üfunətdən dayanmaq olmur.
“2-3 aydan bir kanalizasiya daşır. Küçədən keçə bilmirik. Qoxudan dayanmaq olmur”, – deyə sakinlər şikayət edirlər.