Bakının Yasamal rayonunda yerləşən mağazada baş vermiş yanğın hadisəsi nəticəsində 1 nəfər xəsarət alıb. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli mansard tipli evin 1-ci mərtəbəsində sahəsi 8 kv.m olan otağın (mağaza kimi fəaliyyət göstərir) içərisində 5 kv.m sahədə ərzaq malları, masa və soyuducu yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.