Ziya Bünyadov prospektində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

“Prius” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və “KamAZ” markalı qoşqulu yük maşınına arxadan çarpılıb. Nəticədə 3 nəfər xəsarət alıb, minik avtomobili yararsız vəziyyətə düşüb. Prospektdə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Bünyadov prospektində minik və yük maşınları toqquşublar
Foto APA