Paytaxtın Səbail rayonunda yanğın qeydə alınıb. Bu haqda bu gün, 10 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 300 kv (hər mərtəbəsi 100 kv.m) olan üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən anbarın otağında geyim əşyaları, anbarın qarşısına yığılan taxta materialları və yaxınlıqda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün taxta atmalarıyanıb.
Yüksək temperaturdan evin xarici divarına quraşdırılan 2 ədəd kondisionerin mühərriki əriyib.
Hadisə yerinə FHN əməkdaşaları cəlb olunub. Yanğın söndürülüb, anbarın və evin qalan hissəsi alovdan qorunub. Xəsarət alan olmayıb.