Bu gün, 10 sentyabr tarixində Bakıda qeyri-sabit hava şəraiti müşahidə olunur, güclü külək əsir. Bu, paytaxtda müxtəlif fəsadlarına səbəb olub. Bu haqda Bakuplus.az məlumat verir.
Binəqədi rayonun 9-cu mikrorayon, Mir Cəlal küçəsi 3369 ünvanında yerləşən 267 nömrəli məktəbin həyətində ağac minik avtomobilinin üzərinə aşıb.
Avtomobilə maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
