Bakının Binəqədi rayonunda restoranda yanğın olub. Bu haqda bu gün, 10 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ümumi sahəsi 274 kv.m (hər mərtəbəsi 137 kv.m) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərdən (mağaza və restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80 kv.m sahədə yanıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.