QOÇ bürcü
Bu həftə ulduzlar sizə böyük mükafatlar vəd edir. Hər hansı yeni iş və ya layihəyə başlamaq üçün ideal zaman cümə axşamından sonradır. Çalışın, rəhbərliyin etimadını doğruldun. Yaltaqlıqla deyil, öz işinizlə nə qədər vacib əməkdaş olduğunuzu sübut edin, onda qarşınızda bir çox yeni imkanlar açılacaq. Cümə günü yaxın insanlarla nəzakətli davranın, artıq bir söz və ya hərəkət mübahisəyə səbəb olacaq. Həftəsonu öz sadəlövhlüyünüz ucbatından qurbana çevrilmək təhlükəniz var. Uğurlu günləriniz 14, 16 sentyabr, uğursuz gününüz isə 11 sentyabrdır.
BUĞA bürcü
Bu həftə əlinizə pul gələcək, lakin onu lazımsız yerə xərcləsəniz, cibiniz bomboş olacaq. Odur ki, çalışın, çox pul xərcləməyin. Həyatınızda zəli kimi bir insan var, o, sizdən yapışıb və qanınızı içir: ondan qurtulmaq vaxtıdır. Ümumiyyətlə, ətrafınızda lazımsız insanlar çoxdur: onlar sizin üzünüzə gülür, lakin arxanızca danışırlar. Sevgi cəbhəsində də qısqanclıq zəminində problem yaşana bilər, sevdiyiniz insana güvənməyə çalışın. Uğurlu günləriniz 12, 13 sentyabr, uğursuz gününüz isə 16 sentyabrdır.
ƏKİZLƏR bürcü
Bu həftə çamadanınızı yığın: səyahət vaxtıdır! Həftəiçi xaricdə istirahət etmək təklifi ala və ya ekzotik ölkəyə səfər etmək üçün bilet uda bilərsiniz. Ola bilsin ki, xaricdə yaşayan qohumunuz tərəfindən sizə başqa ölkəyə köçmək təklifi gəlsin. Ümumiyyətlə, bu dövr çox uğurludur: planlaşdırdığınız bütün işlər müvəffəqiyyətlə sonlanacaq. Subay qızlar elçi gözləsinlər. Varlı oğlanın sevgilisi olmağa hazırsınız? Oğlanların bəxti bir az gətirməyəcək: internetdə tanış olduğunuz qız sizi aldada bilər. Odur ki, çalışın, sevgini real həyatda axtarın. Uğurlu günləriniz 16, 17 sentyabr, uğursuz gününüz isə 12 sentyabrdır.
XƏRÇƏNG bürcü
Bu həftə bir nəfərin xətrinə dəyəcəksiniz: sevgi, nifrət, kin sizi rahat yaşamağa qoymayacaq. Burada siz səhv olacaqsınız, lakin qürurunuz səhvinizi etiraf etməyə imkan verməyəcək. Çalışın, eşqi qəlbinizdə öldürməyin, bu sevgini nifrətə döndərməyin. Bu ərəfələrdə yeni tanışlıqlara ehtiyatla yanaşın: bəzi insanlar mələk kimi görünsələr də, daxildə şeytan ola bilərlər.Həftəsonu maddi durumunuzun yaxşılaşmasına səbəb olacaq cəlbedici təklif alacaqsınız. Münasibətdə olan Xərçənglər xoş xəbər eşidəcəklər: bu xəbəri siz heç gözləmirdiniz. Uğurlu günləriniz 11, 15 sentyabr, uğursuz gününüz isə 14 sentyabrdır.
ŞİR bürcü
Bu həftə, xüsusən də həftənin ortalarında həddindən artıq həssas ola bilərsiniz: kiçik problemlər belə sizi ciddi şəkildə narahat edə bilər. İşinizdə problemlər yarana bilər: ola bilsin, sizə verilən tapşırığı vaxtında yerinə yetirməyəsiniz. Bunun qarşısını almaq üçün çox diqqətli olmalısınız və vaxtınızı düzgün bölüşdürüb, səmərəli istifadə etməlisiniz. Sizin həyat ritminiz daha çox yarışa bənzəyir, siz çox işləyirsiniz və az istirahət edirsiniz. Özünüzə vaxt ayırın, səyahətə çıxın, yeniliklər kəşf edin. Uğurlu günləriniz 16, 17 sentyabr, uğursuz gününüz isə 13 sentyabrdır.
QIZ bürcü
“Əminlik” bu həftə sizin oyununuzun adıdır: sizin qarşınıza böyük şans çıxacaq, həyatınızı dəyişdirmək üçün fürsətlər olacaq. Hər şeyin istədiyiniz kimi olması üçün əminliklə hərəkət etməlisiniz. Subaylar və ya yeni münasibətdə olanlar sevgi etirafına hazır olmalıdırlar, hətta evlənmək təklifi də ola bilər. Ümumiyyətlə, bu həftə sevdiyiniz insanlar üçün pul xərcləməkdən qorxmayın: ayın sonunda xərclədiyiniz pullar sizə ikiqat qayıdacaq. Uğurlu günləriniz 12, 17 sentyabr, uğursuz gününüz isə 15 sentyabrdır.
TƏRƏZİ bürcü
Subay Tərəzi bu həftə can yoldaşına çevriləcək bir insanla tanış ola biləcək, artıq münasibətdə olanlar isə sevdiklərinin əhatəsində xoşbəxt olacaqlar. Bazar ertəsindən cümə axşamına kimi olan günlər mürəkkəb problemlərin həlli, işgüzar səfərlər, vacib görüşlər və mühüm danışıqlar üçün əlverişlidir. Arxanızca danışanlar var: uğurlarınızı qəbul edə bilməyənlər sizə paxıllıq edirlər. Uğurlu günləriniz 14, 17 sentyabr, uğursuz gününüz isə 16 sentyabrdır.
ƏQRƏB bürcü
Bu həftə eqoist insanlarla qarşılaşacaqsınız: öz mənafeyini düşünən biri sizi tələyə salmaq istəyəcək. Çalışın, ümumiyyətlə, bu günlərdə yeni tanış olduğunuz insanlara güvənməyin, yoxsa sizdən istifadə edib, öz məqsədlərinə çatmaq istəyəcəklər. Həftəsonu bütün problemlərdən azad olacaqsınız: bəxtiniz açılacaq və görmək istədiyiniz hər bir iş yağ kimi gedəcək. Subay qızlar, cehizləriniz hazırdır? Həftənin son günlərində sevgi etirafı və ya evlənmə təklifi alacaqsınız. Uğurlu günləriniz 16, 17 sentyabr, uğursuz gününüz isə 13 sentyabrdır.
OXATAN bürcü
Bu həftə ev və ya avtomobil almaq üçün idealdır: alışınız uğurla nəticələnəcək. Ailə həyatınızla bağlı bəzi streslər yaşaya bilərsiniz: ailə həyatında əmin-amanlığı qorumaq üçün problemlərin həllinə soyuq başla yanaşın. Həftəsonu sizə karyera yüksəlişi gətirəcək, lakin səbirli olmaq və tələsik qərarlar qəbul etməmək tövsiyə olunur. Sevgi cəbhəsində özünüzə güvənməlisiniz: xoşunuza gələn biri varsa, mütləq ona ürəyinizi açın. Ola bilməz ki, sizin kimi insana “yox” cavabını versinlər. Uğurlu günləriniz 12, 14 sentyabr, uğursuz gününüz isə 15 sentyabrdır.
OĞLAQ bürcü
Bu həftə həyatınızı yaxşılığa doğru dəyişdirəcək vacib işləri tamamlamalısınız. Həm şəxsi, həm də peşəkar sahədə uğur qazanacaqsınız. Karyerada uğur qazanmaq istəyirsinizsə, daha çox çalışın və kollektivlə mehriban olun. Həftənin ortasında yeni faydalı tanışlıqlar olacaq: həmin insanlar gələcəkdə sizin həyatınızda böyük rol oynayacaqlar. Sevgilinizlə problem yaşana bilər. Çalışın, problemləri təzyiq etmədən, sakit həll edəsiniz. Uğurlu günləriniz 13, 17 sentyabr, uğursuz gününüz isə 11 sentyabrdır.
DOLÇA bürcü
Bu həftə bütün problemlər və qayğılar sizdən uzaq olacaq. Küsülü olduğunuz insanla barışmaq məsləhət görülür. Tək olan Dolçalar həftəsonu subaylığın daşını atıb, böyük sevgiyə çevriləcək romantik münasibətlərə başlayacaqlar. Ulduzlar sizin tərəfinizdə olacaq və işlərinizdə uğur qazandıracaq. Ümumiyyətlə, bu həftə çox çalışacaqsınız və belə gərgin işin nəticəsi özünü çox gözlətməyəcək: maaşınız artacaq və ya maddi vəziyyətiniz yaxşılaşacaq. Uğurlu günləriniz 15, 16 sentyabr, uğursuz gününüz isə 14 sentyabrdır.
BALIQLAR bürcü
Bu həftə siz düşmənlərinizlə üz-üzə gələcəksiniz: onlar sizə təzyiq göstərəcəklər, ayağınıza dolaşacaqlar. Lakin onlar unutmamalıdırlar ki, başqasına quyu qazan elə özü ora düşər. Əgər sizin hansısa planınız və ya ideyanız varsa, çalışın, heç kimə danışmayın: “oğurluq” riski çox böyükdür. Son vaxtlar sevgilinizə qarşı çox soyuq davranırsınız. Münasibətlərinizdə çat yarana bilər. Çalışın, həftəsonu onunla daha çox vaxt keçirin. Uğurlu günləriniz 12, 13 sentyabr, uğursuz gününüz isə 16 sentyabrdır.