Ölkə ərazisində müşahidə olunan güclü külək axşam saatlarından bölgələrdə tədricən 7-12 m/s-dək zəifləyib. Bu haqda bu gün, 10 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında isə şimal-qərb küləyinin maksimal sürəti arabir 26-30 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.5 metr olub.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20 dərəcəyədək isti, Aran rayonlarında 23-25, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edir.

Küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında sentyabrın 11-i səhərədək davam edəcək.