Ədliyyə Penitensiar Xidmətinin Mühafizə Alayı əsgəri Bakıda intihara cəhd edib. Bu haqda bu gün, 10 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

19 yaşlı Kənan Cəfərov xidmət zamanı silahla baş nahiyəsinə atəş açıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlumat Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən təsdiqlənib. Verilən məlumata görə, sentyabrın 9-u, saat 21:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının əsgəri 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhman oğlu qaravul postunda xidmət apararkən ona təhkim olunmuş xidməti silahdan atəş açaraq intihara cəhd edib.

Əsgər dərhal əstəxanaya aparılıb, həkimin nəzərətinə götürülüb. Onun həyatı üçün təhlükə yoxdur.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.