Bakının Xətai rayou, Nəsrəddin Tusi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 10 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə yerinə FHN briqdaları cəlb olunub. Yanğının onsəkkizmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. Əməliyyatda xüsusi təyinatlı texnikaları, o cümlədən avtonərdivan istifadə olunub. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 82 kv.m olan mənzilin mətbəxində aspirator, 1p.m mətbəx mebeli yanıb.

Yanğın zamanı mənzildə təhlükəli vəziyyətdə qalmış 13 yaşlı A.Nurullayeva avtonərdivan vasitəsilə xilas olunub.