Bakı şəhərinin Yasamal rayonunda yerləşən mağazada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Marketin ərazisində yığılan karton qutular, sahəsi 12 kv.m olan otağında sistem bloku, noutbuk, printer, 2 kondisioner, çöl divarına quraşdırılan elektrik lövhəsi və yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.