Bakının Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində iki yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 10 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinə istinadən məlumat verir.
Qəzalar səbəbindən metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yaranıb. Hadisələr yerinə yol polis əməkdaşları cəlb olunublar, sıxlığın səbəbləri aradan qaldırılır.
