Bu gün, 11 sentyabr tarixində saat 13:30-da Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.