Qaradağ və Səbail rayonlarının bir hissəsində yaşayan abonentlərə içməli suyu qənaətlə istifadə etmək tövsiyə edilib. Bununla bağlı bu gün, 11 sentyabr tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (“Azərsu”) müraciət paylaşıb.
Verilən məlumata görə, bu rayonlara su məhdudiyyətlə verilir. Buna səbəb son günlər müşahidə olunan qeyri-sabit və yağışlı havadır. Kür çayında bulanıqlığın həddən artıq yüksək olması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb.
Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.