Bakıda yararsız at ətini satmaq istəyən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Cəlilabad rayonunun Təzəkənd kəndindəki fermanın ərazisində qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat daxil olub.
Əməli törətməkdə özlərini ferma nəzarətçisi qismində təqdim edən Toybəyi Gözəlov, Qüdrət Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Əliyev şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Əraziyə baxış keçirilərkən 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib.
Həmin ətlərdən müvafiq nümunələr götürülərək laborator müayinələr aparılması üçün AQTA-ya təhvil verilib. Faktla bağlı araşdırma davam edir.