Bakıda Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti “Rizin” yarışı keçiriləcək. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Birinci döyüş noyabrın 4-də “Landmark 7” turniri çərçivəsində Milli Gimnastika Arenasında baş tutacaq.

14 sentyabr tarixində baş tutacaq mətbuat konfransında Rizin Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara iştirak edəcək.

“Landmark 7”də Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov və Tural Rəhimov iştirak edəcəklər. Mətbuat konfransında döyüşün biletlərinin satışa çıxarılması və Azərbaycan döyüşçülərinin rəqibləri açıqlanacaqlar.