Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Şıxəhmədlinin məhkəmə prosesi sona çatıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2019-cu ildə Nəsimi rayonunda baş verib. “Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı Gerkan Andaç polisə müraciət edərək bildirib ki, Şıxəhmədli şirkətdən ümumilikdə 40 min manatdan çox uşaq bezləri, diş məcunu, yuyucu vasitələr və s. məhsullar alıb, lakin pulunu ödəməyib.