Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yaşayan sakinin yeni aldığı son model avtomobilinin üzərinə mişardaşı atılıb və nəqliyyat vasitəinə ziyan vurulub. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Avtomobil sahibi Ramal İsayevin sözlərinə görə, o, axşam saatlarında yaşadığı binanın qarşısında avtomobilini park edib. Bir müddət sonra naməlum şəxslər avtomobilin üzərinə mişardaşı atıblar. Sürücü, həmçinin qeyd edib ki, hadisə ”Avtomir №1” mağazasının sahibi ilə avtomobili yaşadığı binanın qarşısında park etmək üstündə mübahisə etdikdən sonra baş verib.

Hadisə ilə bağlı zərərçəkmiş şəxs polisə müraciət edib, 5-ci polis bölməsinin əməkdaşları əraziyə baxış keçiriblər.

Mağazada hadisədən yalnız səhər xəbər tutduqlarını, hadisə ilə heç bir əlaqələrinin olmadığını bildiriblər.

Daxili İşlər Nazirliydən (DİN) bildirilib ki, məsələ nəzərətdə saxlanılır, hadisə ilə bağlı araşdırma aparılır və əmələ hüquqi qiymət veriləcək.