Bakıdakı Heydər Əliyev adına idman-konsert kompleksində Buz arenası açılıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Arenanın təkmilləşdirilməsi üzrə işlər hələ də davam edir və sentyabrın ortalarından etibarən kompleks tam gücü ilə işləyəcək.

İndi Azərbaycanda hokkey və fiqurlu konkisürmə kimi populyar qış idman növlərini inkişaf etdirmək mümkün olacaq, onların təliminə artıq başlanılıb.

Ayda 8 dərsin qiyməti 150 manatdır. Bir dərsə buz üzərində bir saatlıq iş, həmçinin ümumi bədən tərbiyəsi, fiqurlu konkisürmə zamanı xoreoqrafiya və xokkeyçilər üçün xüsusi otaqda atış məşqləri daxildir.

Bununla yanaşı, hər bir şəxs hər gün buz konkisürməsinə gedə bilər, lakin əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir. Öz konkinizlə buz meydançasından bir saatlıq istifadə üçün ödəniş 10 manat, konkiniz yoxdursa, icarəyə götürəcəyiniz konki ilə 20 manat təşkil edəcək. Daha yüksək səviyyədə sürməyi öyrənmək istəyənlər saatı 10 manat olan təlimatçı xidmətindən istifadə edə bilərlər.