Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva yeni tədris ili ilə bağlı açıqlama verib. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Onun sözlərinə görə, tədris müəssisələrinə 1.850.000-dən artıq dərslik çatdırılıb. Həmçinin 50 məktəb və 30 bağçanın cari təmiri başa çatıb, 1 məktəbdə və 5 bağçada əsaslı təmir işləri aparılıb.

Mehriban Vəliyeva forma ilə əlaqədər da məlumat verib. O qeyd edib ki, paytaxtda bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq olunub. Həmin formalar 3 il qüvvədə olacaq.