Paytaxtın Xəzər rayonununda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Binə qəsəbəsi, Mehriban qonşular deyilən ərazidə 6 yaşlı İbrahim Ələkbərli ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb.

Xəstəxanaya çatdırılan azyaşlıya qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.