Bakının Binəqədi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə sentyabrın 8-də adıçəkilən rayon ərazisində baş verib. Naməlum şəxs qadının pulunu və mobil telefonunu quldurluq yolu ilə talayıb.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Emil Qənizadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.