Bakının Binəqədi rayonunun eyniadlı qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, sentyabrın 9-da Bakı şəhər sakini F.Allahverdiyevin 200 manatı soyğunçuluq yolu ilə talanıb.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Emin Dadaşov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.