Bakının Suraxanı rayonunda parkda gecə 4 uşağın onkoloji xəstə olan nənəsi ilə bərabər küçədə qalması ilə bağlı məlumat yayılıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.

Daxili İşlər Nazirliyi jurnalist Günay İman tərəfindən Facebook sosial şəbəkəsində yayılan videoya dərhal reaksiya verib. Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Nənənin müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlıların isə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə sığınacağa yerləşdirilməsi təmin olunub.