Bakının Nərimanov rayonunda oğurluqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə sentyabrın 8-də baş verib. Polisə müraciət edən A.Tahirov bildirib ki, içərisində pulu, bank kartı, sənəd və qızıl üzüyü olan pulqabısı oğurlanıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini İlham İsayev saxlanılıb. Şəxsi axtarış zamanı onda heroin və metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.