Bakının Nəsimi rayonu, Cavadxan, 26 ünvanında asfalt qoyulub. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.

Təmir işləri çərçivəsində adıçakilən ərazidə yerləşən binanı əhatə edən məhəllədaxili yollarda yeni asfalt örtüyü vurulub. Həmçinin sakinlərin avtomobillərini saxlamaları üçün gələcək zamanda xüsusi saxlanma yerləri təşkil olunacaq.

Analoji işlər rayonun digər ərazilərində də davam edir.

Nəsimidə növbəti küçəyə asfalt vurulub
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı