Cari ildən etibarən Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında deyib.

Nazirin sözlərinə görə, növbəti ildən sertifikasiya nəticələrinə əsaslanaraq, yüksək bal toplayan təhsil işçilərinin digər müəllimlərə dəstək tədbirinə başlanılacaq. O, həmçinin qeyd edib ki, məktəblərdə Azərbaycan dili fənni ilə bağlı kifayət qədər problem yaşanır.

“Bu fənn üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdırlar. Bu fəndən yüksək nəticə göstərən abituriyent bəzən bir səhifəlik esseni yaza bilmir, ya da başa sala bilmir. Sadə görünə biləcək dil fənninin metodikası və məzmunu ilə bağlı müzakirələr dərindən aparılmalıdır. Məzmunla bağlı ciddi islahatlara ehtiyac var”, – deyə Əmrullayev bildirib.