“Nikosayağı” adı ilə tanınan Nicat Şakirli xəstəxanadan evə buraxılıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Telegraf.az blogerin atası, nevropatoloq Nafiz Mütəllimova istinadən məlumat verib.

“Oğlum dünən xəstəxanadan evə buraxılıb. Bir az qolunda ağrı var. Əvvəlkinə nisbətən səhhəti yaxşıdır”, – o deyib.

15 avqust gecə saatlarında “Nikosayağı” kimi tanınan bloger ağır qəza törədib. Nəticədə avtomobildə olan R.Məmmədov hadisə yerində dünyasını dəyişib.