“Nine Senses” incəsənət mərkəzində rəssam-kosmoqraf, astropsixoloq Fərhad Sadıxovun “Həyat dairəsi” adlı sərgisi açılıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bu, oktyabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Nine Senses Fest” böyük beynəlxalq festivalı ərəfəsində ilk tədbir olub.
Sənət mərkəzinin direktoru Natalya Jukova qeyd edib ki, qarşıdan gələn tədbirdə şəxsi baxış təcrübəsi verən Kriyya yoqa ustası, bəstəkar və multiinstrumentalist İmram Kriyya iştirak edəcək.
