Bakının Nizami rayonu, Keşlə qəsəbəsində ustanı elektrik cərəyanı vuraraq öldürüb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

23 yaşlı Fərid Qəniyev fərdi yaşayış evində usta kimi fəaliyyət göstərən zaman onu elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.