Bakıda şəhər üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilir. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, ali məktəb rektorları, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.

Tədbirdə keçən tədris ilinin hesabatı və gələcək il ilə bağlı məlumat təqdim edilir.