Qadının kartından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Əldə edilən məlumata görə, Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 1200 manat oğurlanıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Ramil Gülməmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.