Paytaxtın Səbail rayonunda bir nəfər bıçaqlanıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Salyan şossesində 31 yaşlı Fərid Abıyev yolda tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.