Paytaxtın Səbial rayonunda baş vermiş oğurluğa görə yeniyetmə saxlanılıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polisə daxil olan məlumata görə, Qəbələ rayon sakini olan bir nəfərin içərisində mobil telefonu, qulaqlığı, bank kartları olan çantası və bank kartındakı hesabından 83 manatı oğurlanıb.

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə tutulub. Fakt araşdırılır.