Sentyabrın 10-u yeniyetmələr arasında su polosu üzrə Bakı şəhər birincliyi keçirilib. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Yarış Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib və ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Yekun nəticələrə görə, I yeri “Qarabağ VP klubu” komandası, II yeri “RYİUM komandası” komandası, III yeri isə “Qartal” komandası tutub.

Mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar.

Su polosu üzrə yeniyetmələr arasında Bakı birincliyi keçirilib
Foto Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi