Sumqayıtdan Bakıya hərəkət edən sürət qatarında səhər saatlarında sıxlıq yaşanıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
Belə ki, sərnişinlərin sözlərinə görə, vəziyyət 07:25 və 07:50 reyslərinin ləğv olunduğuna görə əmələ gəlib. Vətəndaşlar hamılıqla 07:40 reysinin qatarına minməyə məcburdurlar.
Qatardan tez-tez istifadə edən şəxslər hərəkət cədvəlinin əvvəlki vəziyyətə qaytarılmasını xahiş edirlər.