Bakının Nərimanov rayonunda bir nəfərin itirdiyi bank kartından pul xərcləməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Sentyabrın 9-da Nərimanov RPİ 17-ci Polis Şöbəsinə məlumat verilib ki, paytaxt sakininin itirdiyi bank kartı vasitəsilə 180 manat dəyərində alış-veriş edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Aslan İbrahimov saxlanılıb.