Paytaxtın Xətai rayonu, Zeytun küçəsində içməli su xəttində qəza olub. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Sakinlərin sözlərinə görə, bir aya yaxındır ki, su küçəyə axır, yollarda gölməçələr əmələ gəlib. Partlayış nəticəsində suyun təzyiqi aşağı düşüb, yaxınlıqdakı evlər susuz qalıb.
“Azərsu”dan bildirilib ki, əraziyə qəza briqadası cəlb olunub, təmir işləri aparılır. Bir müddət sonra axıntının qarşısı alınıb, boruya xamıt bağlanıb.
Xətai rayonunda içməli su borusu partlayıb