Bakının Xətai rayonu, Sarayevo küçəsində itkin düşən qızdan xəbər var. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.

Əldə olunan məlumata görə, 16 yaşlı N.Z. ailəsi ilə əlaqə saxlayıb. O, sağ və salamat sevdiyi adamla bir yerdə olduğunu deyib. Həmçinin geri qayıtmaq istəmədiyini bildirib.

09:54 – Xətaidə 16 yaşlı qız itkin düşüb

Qız azyaşlı olduğuna görə polis axtarışları davam etdirir. Azyaşlı tapıldıqdan sonra ailəsinə təhvil veriləcək.

Bakının Xətai rayonu, Sarayevo küçəsində yaşayan yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

16 yaşlı Aysun Nuhzadə adıçəkilən rayon ərazisində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı anası, 42 yaşlı D.Nuhzadə polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.