Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 44-də intihar hadisəsi baş verib. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
53 yaşlı Tövhə Dadaşova yaşadığı evin eyvanından özünü atıb. O, aldığı xəsarətlərdən keçinib.
Hadisənin təfərrüatı araşdırılır.