Bakının Xətai rayonunda yerləşən çayxanada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Ümümi sahəsi 100 kv.m olan çayxananın mətbəxində soyuducu və elektrik sayğacı yanıb. Həmçinin yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 kv.m sahədə əriyib və sanitar qovşağının plastikdən ibarət qapısı qarsalanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.