Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlamalar zamanı heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az quruma istinadən məlumat verir.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar Xətai rayonunda 10 heyvan kəsimi və ət satışı məntəqəsinin sahibkarlarına qarşı inzibati protokol tərtib edilib.
Yoxlamalar davam etdirilir.