Paytaxtın Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanan 40 yaşlı Vüsal Məmmədzadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.