Bakının Ziya Bünyadov prospektində ustalar kranla iş gördükləri zaman yol polisi əməkdaşlarının qanunsuz əməlləri ilə üzləşdiklərini bildiriblər. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Orada usta kimi fəaliyyət göstərən Elgün Namazlının sözlərinə görə, polis əməkdaşları qanuni əsas göstərmədən və protokol tərtib etmədən nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq istəyiblər. 99-YP-422 nömrəli yol polisi avtomobilində olan əməkdaş onlara bildirib ki, kran mütləq cərimə meydançasına aparılmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı araşdırma aparılır. Bir müddət sonra şikayətçi qeyd edib ki, məsələ öz həllini tapıb.