Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə “Çermet” körpüsünün üzərində qeydə alınıb. Nəticədə “20 Yanvar” metro stansiyası istiqamətində tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunublar, sıxlığın səbəbləri aradan qaldırılır.